Acarada doqquz pasiyentin sağlamlıq vəziyyəti kritik olaraq ağırdır
Acarada doqquz pasiyentin sağlamlıq vəziyyəti kritik olaraq ağırdır

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun 51 yeni halı aşkar edildi, 106 pasiyent müalicə olunaraq sağaldı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən 9-nun vəziyyəti kritikdir. Cəmi klinikada 308, kovid-mehmanxanada 289 və onlayn klinikada 646 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 28 pasiyentklinikanı artıq tərk etdi.