Acara Fövqəladə Hallar Xidməti - Mehmanxanada yanğın zamanı heçnə görünmürdü
Acara Fövqəladə Hallar Xidməti - Mehmanxanada yanğın zamanı heçnə görünmürdü

İstintaqın başa çatmasından sonra, yalnız yanğın nərdivanının mövcudluğu deyil, həmçinin başqa hansı nöqsanların olduğu bəlli olacaq, – Fövqəladə Hallar İdarəsi Agentliyinin Acara Baş İdarəsinin rəis müavini Mamuka Turmanidze, “Leogrand” mühmanxanasında yanğın nərdivanının mövcudluğu barədə verilən suala bu cür cavab verdi.

Onun dediyinə görə, yanğınsöndürən-xilasedicilər öz səlahiyyətləri çərçivəsində hərəkət edirdilər və işlərini başa çatdırdılar. Baş verənlərin detalları isə, istintaqın başa çatmasından sonra bəlli olacaq.

“Xilasedici xidmət, dünən hər cür güc və vasitəni istifadə edərək, 100-dən artıq insanı xilas etdi və binadan çıxartdı”, – Mamuka Turmanidze bəyan etdi.

Bundan başqa, Mamuka Turmanidze yanğın gecəsini yada salır və deyir ki, yanğın zamanı heçnə görünmürdü.

 

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.

Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.

Batumidə vətəndaşlar üçün qaynar xətt fəaliyyət göstərir: 595 950 925.