Ahmed Çatayev və onun qruplaşmasına yardım ittihamı ilə DTX daha bir nəfəri yaxaladı
Ahmed Çatayev və onun qruplaşmasına yardım ittihamı ilə DTX daha bir nəfəri yaxaladı

Dövlət Təhlükəsizlik Xidmətinin Terrorizmə Qarşı Mübarizə İdarəsi, məhkəmə hökmü əsasında, Tbilisidə Gürcüstan vətəndaşı Anatoli Berdzenişvilini yaxaladı.

DTX-nin məlumatına görə, istintaqın bu mərhələsində müəyyənləşdirilibdir ki, yaxalanmış Anatoli Berdzenişvili Ahmed Çatayev və onun qruplaşması üzvlərinə yardım üçün Türkiyəyə getdi. Yaxalanan, Zurab Qornakaşvili və Zurab İdoidze ilə birlikdə, Ahmed Çatayev və onun qruplaşması üzvlərinə Türkiyə-Gürcüstan sərhədində, Kirnati-Maradidinin yaşıl zolağı hissəsinə qədər çatdırılmasına yardım göstərdi.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 331-ci prima maddəsinin üçüncü hissəsi ilə aparılır. Maddə terrorizmin maliyyələşdirilməsini, terror fəaliyyətinin başqa növlə maddi dəstəyin təmin edilməsini və 17-dən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu vaxta qədər Ahmed Çatayevin işi üzrə cəmi yeddi insan yaxalanıb.