Adliyyə Naziri Rati Breqadze yeni müavinlərini təqdim etdi
Adliyyə Naziri Rati Breqadze yeni müavinlərini təqdim etdi

Ədliyyə Naziri Rati Breqadze iki yeni müavinini – Valeri Lomuaşvili və Tornike Çeişviliyi təqdim etdi.

Ədliyyə nazirinin bugündən etibarən dörd müavini olacaq.

Ədliyyə Nazirliyinin məlumatına görə, Valeri (Buba) Lomuaşvili Beynəlxalq Əlaqələr və siyasi elmlər üzrə doktordur. Tornike Çeişvili isə, hüquqşünasdır.

Nazirin digər müavinləri – Beka Dzamaşvili və Akaki Sağiraşviliyə gəlincə isə, onlar nazirlikdəki vəzifələrində işləməyə davam edəcəklər.