Adam Kinzinger - Respublikaçılar və Demokratlar bir çox şeydə razılaşmırlar, ancaq mövzu Gürcüstan olunca, fikrimiz birdir
Adam Kinzinger - Respublikaçılar və Demokratlar bir çox şeydə razılaşmırlar, ancaq mövzu Gürcüstan olunca, fikrimiz birdir

ABŞ tərəfindən qəbul edilən Gürcüstana dəstək aktı, – Gürcüstanın işğalında iştirak edən şəxslərə qarşı yeni sanksiyaların qoyulması üçün imkandır, – bu barədə bəyanatı Batumidə, jurnalistlərlə söhbət zamanı konqresmen, Respublikaçı Adam Kinzinger verdi.

Kinzinger Batumidə keçirilən Müdafiyə konfransında iştirak edir.

“Gürcüstana dəstək aktının təsdiqlənməsi mənim təşəbbüsüm idi. Böyük şans var ki, onu Senat və Ağ Ev də dəstəkləyəcək. Aktda qeyd olunur ki, ABŞ Gürcüstanın işğalını qəbul etmir və bu işğalda iştirak edən şəxslərə qarşı yeni sanksiyalar qoyulacaq. Ən əsas da odur ki, akt hər iki partiya tərəfindən dəstəklənir. Respublikaçılar və Demokratlar bir çox şeydə razılaşmırlar, ancaq mövzu Gürcüstan olunca, fikrimiz birdir” – dedi Adam Kinzinger.