Adam Kinzinger - Gürcüstan Parlamentini dəyişikliklərin qəbulu münasibətilə təbrik edirəm, səfir Kelli Deqnana ağır işlər və həlledici rolu üçün minnətdarlığımı bildirirəm
Adam Kinzinger - Gürcüstan Parlamentini dəyişikliklərin qəbulu münasibətilə təbrik edirəm, səfir Kelli Deqnana ağır işlər və həlledici rolu üçün minnətdarlığımı bildirirəm

Amerikalı konqressmen, Adam Kinzinger Gürcüstan Parlamentini konstitusiya dəyişikliklərinin qəbulu münasibətilə təbrik edir.

Konqressmen “tvitter”-də yaydığı bəyanatda bütün tərəflərə 8 mart razılaşmasını yerinə yetirməyə çağırır.

117 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi.

Dəyişiklikləri üç deputat – Bidzina Qeqidze, Kaxa Okriaşvili və Aleksandre Erkvaniya dəstəkləmədi.

Bu günki səsvermədə “Avropa Gürcüstanı” və “Milli Hərəkat” iştirak etmədi.

Konstitusiya layihəsini nəzərə alaraq, 2020-ci il Parlament seçkiləri qarışıq sistemi ilə keçiriləcək. Parlamentə 120 üzv proporsional və 30 üzv majoritar seçki sistemi ilə seçiləcək.