Adam Kinzinger - demokratiya asan deyil, müstəqil ölkələrdə etiraz çıxışlar normal hadisədir, lakin dinc şəraitdə qalmalıdır
Adam Kinzinger - demokratiya asan deyil, müstəqil ölkələrdə etiraz çıxışlar normal hadisədir, lakin dinc şəraitdə qalmalıdır

Demokratiya asan deyil, müstəqil ölkələrdə etiraz çıxışlar normal hadisədir, lakin dinc şəraitdə qalmalıdır, – bu barədə Amerika Nümayəndələr Palatasında Gürcüstanla Dostluq qrupunun həmdsədri, konqressmen Adam Kinzinger “tvitter” sosoial şəbəkəsində yazır.

“Gürcüstan Parlamenti sədri ilə görüşüm var idi. Biz, Gürcüstan-Amerika əlaqələrində ümumi məqsədlərimizi bir daha təsdiq etdik. Mən onun cəhdini ki, səfərlə gəlib aliyansımızın əhəmiyyətini müzakirə edək, dəyərləndirirəm. Mən bizim dostluğumuzu dəyərləndirirəm.

Görüşdən sonra mənim Gürcüstanda siyasi böhrana qatılmış müxtəlif partiyalarla dialoqum var idi. Baxmayaraq tərəqqi qeydə alınır, mənim üçün açıq-aydın oldu ki, müxalifət və hakim komanda arasında həll olunmayan fərqlər qalır.

Demokratiya asan deyil, müstəqil ölkələrdə etiraz çıxışlar normal hadisədir, lakin dinc şəraitdə qalmalıdır. Həmçinin vətəndaşlar əmin olmalıdırlar ki, onların məhkəmə sistemi həmişə ədalətli, müstəqil və siyasi təziqdən azad olacaq.

Gürcüstanda demokratiya və azadlığa doğru cəhdlərə qatılmış hər bir tərəf güzəştə getməlidir”, – Adam Kinzinger yazır.