ABŞ və Türkiyə Suriyənin Manbic şəhərindən kürt hərbi qüvvələrinin çıxardılması haqqında razılaşdılar
ABŞ və Türkiyə Suriyənin Manbic şəhərindən kürt hərbi qüvvələrinin çıxardılması haqqında razılaşdılar

ABŞ və Türkiyə Suriyənin Manbic şəhərindən kürt hərbi qüvvələrinin çıxardılması haqqında razılaşdılar.

Birgə hərəkət planı Vaşinqtonda, Türkiyənin Xarici İşlər Naziri və ABŞ-ın Dövlət Katibi arasında keçirilən görüşdə təsdiqləndi.

Mevlut Çavuşoğlunun bəyanatına görə, kürt hərbi qüvvələri Manbic şəhərini bir neçə aya tərk etəcəklər və şəhərin təhlükəsizliyinə ABŞ və Türkiyə nəzarət edəcəklər.

Türkiyənin Xarici İşlər Nazirinin dediyinə görə, Manbic üçün yaradılan “yol xəritəsi” Suriyənin digər ərazilərində də istifadə ediləcək.

Suriyənin Manbic şəhəri bugünə qədər ABŞ və Türkiyə arasındaki narazılığın səbəbi idi.

Suriyənin Türkiyə ilə sərhədinə yaxın yerləşən kürt hərbi qüvvələrini Türkiyə təhlükə olaraq, görür.