ABŞ və Türkiyə razılaşdılar ki, Suriyədəki hərbi əməliyyat dayandırılacaq
ABŞ və Türkiyə razılaşdılar ki, Suriyədəki hərbi əməliyyat dayandırılacaq

ABŞ və Türkiyə razılaşdılar ki, Suriyədəki hərbi əməliyyat dayandırılacaq.

Bu barədə bəyanatı ABŞ-ın vitse-prezidenti Maik Pens mətbuat konfransında verdi.

“Bir həftə bundan öncə Türkiyənin silahlı qüvvələri Suriyəyə daxil oldular. Bu həftənin əvvəlində isə, prezident Tramp Türkiyəyə müraciət etdi ki, hərbi əməliyyatı dayandırsın və danışıqlara başlasın.

Bu gün isə, qürurla bildirirəm ki, prezident Trampın güclü iqtidarının vasitəçiliyi və həmçinin, prezident Erdoğan və Türkiyə ilə olan yaxın münasibətlərin xətrinə, ABŞ və Türkiyə atəşkəs haqqında razılaşdılar.

Türk tərəfi hərbi əməliyyatı dayandıracaq və kürt xalq birliyinə sərhəddən 30 kilometrilk məsafədə olan təhlükəsiz zonaya keçməsi üçün 120 saat vaxt verəcək. Qeyd olunan qüvvələrin uzaqlaşdığından sonra isə, hərbi əməliyyat tamamən dayandırılacaq” – dedi Maik Pens.

Həmçinin, məlum oldu ki, ABŞ Türkiyəyə növbəti sanksiyalar qoymayacaq.