ABŞ və İsrail birgə təlimlərə başlayırlar
ABŞ və İsrail birgə təlimlərə başlayırlar

ABŞ və İsrail raketəqarşı müdafiə məqsədi ilə, birgə təlimlərə başlayırlar. Burada 4500-ə qədər hərbiçi iştirak edəcək. Bu barədə məlumatı İsrail Ordusu yayır.

Onların dediyinə görə, 2001-ci ildən müntəzəm xarakterli olan təlim, İsrail ərazisində keçiriləcək. Təlimlərə zenit-raket kompleksləri qatılacaq.

Təlimlərin əsas hissəsi 4-15 mart dövründə həyata keçiriləcək.