ABŞ Uxandan Konsulluq əməkdaşları və ABŞ vətəndaşlarının təxliyyəsini planlaşdırır
ABŞ Uxandan Konsulluq əməkdaşları və ABŞ vətəndaşlarının təxliyyəsini planlaşdırır

ABŞ Çinin Uxan şəhərindən Konsulluq əməkdaşları və ABŞ vətəndaşlarının təxliyyəsini həyata keçirəcək. Bu barədə ABŞ Dövlət Departamentində bəyan etdilər.

İdarənin bəyanatına görə, virusun yayılmasına görə, Uxanda yerləşən Konsulluq əməkdaşlarını ABŞ-a qaytaracaq.

Dövlət Departamenti vətənə qayıtmaları üçün xüsusi reys təyin edir. Reys San-Fransisko istiqamətinə 28 yanvarda yerinə yetiriləcək.

Virusun episentri məhz elə Uxan şəhəridir. Virus ilə həlak olan 56 insandan 52 nəfəri Uxan şhərində həlak olub. Hakimiyyət şəhərdə karantin elan edib.

Əhaliyə şəhəri tərk etmə qadağan edilib. Uxanda ictimai nəqliyyat, aeroport və dəmiryolu işini dayandırıb.