ABŞ Suriyanı, Gürcüstanın işğal olunmuş bölgələrinin müstəqilliyini tanıdığına görə, məhdudiyyətlər təyin olunan ölkələr siyahısına daxil etdi
ABŞ Suriyanı, Gürcüstanın işğal olunmuş bölgələrinin müstəqilliyini tanıdığına görə, məhdudiyyətlər təyin olunan ölkələr siyahısına daxil etdi

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Suriyanı, Gürcüstanın işğal olunmuş bölgələrinin – Abxaziya və Sxinvalinin müstəqilliyini tanıdığına görə, məhdudiyyətlər qoyulan ölkələr siyahısına daxil etdi. Bu isə, öz növbəsində Suriya hakimiyyətinə qarşı maliyyə məhdudiyyətlərinin işə düşməsini nəzərdə tutur, – bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər ki, ABŞ qanunvericilik aktlarında bənzər qeydlərin edilməsi və onun praktiki həyata keçirilməsi, beynəlxalq arenada Gürcüstanın işğal olunmuş bölgələrinin müstəqilliyini tanımamaq siyasətinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır və Gürcüstanın strateji partnyoru, Amerika Birləşmiş Ştatlarının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyini sübut edir.

Elə onların məlumatına görə, bənzər məhdudiyyətlər cari ildə Nauruya, 2017-ci ildə isə, Venesuella və Nikaraquaya qarşı qoyuldu.