ABŞ Skripalların işi ilə bağlı Rusiyaya qarşı sanksiyaların ikinci paketini hazırladı
ABŞ Skripalların işi ilə bağlı Rusiyaya qarşı sanksiyaların ikinci paketini hazırladı

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Skripalların zəhərlənməsi işi ilə bağlı Rusiyaya qarşı sanksiyaların ikinci paketini hazırladı.

Bu barədə bəyanatı Senatda keçirilən oxunuş zamanı ABŞ Dövlət Katibinin yardımçısı Andrea Tompson verdi.

Amerikan medyasının yaydığı məlumata görə, sanksiyaların yeni paketlərinə əsasən, Rusiyaya amerikan məhsulunun ixracı məhdudlaşdırılacaq, həmçinin Rusiyanın dövlət avia-nəqliyyatı üçün də məhdudiyyətlər qoyulacaq.

Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya Skripalı 2018-ci ilin martın 4-də Solsberidə zəhərlədilər.

Londonda bəyan edirlər ki, Rusiya Müdafiyə nazirliyinin sabiq kəşviyyat ofiserini şəxsən Putinin tapşırığı ilə zəhərlədilər.