ABŞ Səfirliyi -  təəssüflənirik ki, Parlament tərəfindən təsdiq olunan hakimlər arasında qərəzsizliyiyə qarşı sadiqliyini təsdiq etməni bacarmayanlar var
ABŞ Səfirliyi - təəssüflənirik ki, Parlament tərəfindən təsdiq olunan hakimlər arasında qərəzsizliyiyə qarşı sadiqliyini təsdiq etməni bacarmayanlar var

Gürcüstanda ABŞ-ın Səfirliyi Parlament tərəfindən Ali Məhkəmə hakimliyinə namizədlərin təsdiq olunması barəsində bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, son aylar ərzində Amerika Birləşmiş Ştatları Səfirliyi qeyd olunan prosesi xüsusi ilə müşahidə edir.

“Biz beynəlxalq müşahidəçilər və gürcü ekspertlərinin dəyərləndirməsi ilə paylaşırıq ki, namizədlərin seçilməsinin növbəti prosesi Ali Ədliyyə Şurasında kifayət qədər şəffaf deyildi. Dinləmə zamanı namizədlərin bir hissəsi müvafiq biliyini təqdim edə bilmədi. Biz təəssüflənirik ki, bu gün Parlament tərəfindn təsdiq olunan siyahıda bu cür insanlar var”, – bəyanatda deyilir.

Gürcüstan Parlamentinin plenar iclasında Ali Məhkəmə hakimliyinə 20 namizədini səsə qoydular. Parlament təqdim olunan 19 namizəddən 14-nü dəstəklədi, beş namizədə isə, rədd cavabı verildi.

Şərh yaz