ABŞ Səfirliyi - Tbilisidə keçirilən etiraz aksiyalarının iştirakçılarından anti-amerikan bəyanatlar eşidilir
ABŞ Səfirliyi - Tbilisidə keçirilən etiraz aksiyalarının iştirakçılarından anti-amerikan bəyanatlar eşidilir

ABŞ-ın Gürcüstandaki Səfirliyi Gürcüstandaki vətəndaşlarına xəbərdarlıq edir.

Müvafiq bəyanat ABŞ səfirliyinin veb-səhifəsində yayılıb.

“Müxtəlif qruplar “Və biz rəqs etdik” filmini etiraz edirlər. Onların əksəriyyəti LGBT icmasına qarşı nifrət ritorikadan istifadə edirlər və eyni qruplar iyun ayında “Tbilisi Praid” yürüyüşünü etiraz edirdilər. Hətta, daha artığı, son zamanlarda bu qruplar tərəfindən yalan məlumat yayılır və anti-amerikan bəyanatlar verilir ki, güya “Amerika tərəfindən əmr edilib ki, qeyd olunan film Gürcüstanda göstərilsin” – deyilir ABŞ səfirliyinin bəyanatında.

Bəyanatda etiraz aksiyaların keçirildiyi yerlər də sadalanıb.

“Gürcüstanın Daxili İşlər Nazirliyinin bu aksiyalarla bağlı məlumatı var və bəyan edir ki, ictimai asayişin və təhlükəsiziliyin qorunmasını təmin edəcək. ABŞ iqtidarı səfirliyin personalına tövsiyyə edir ki, kütləvi yığıncaq yerlərdən uzaq dursunlar, çünki potensial zorakılıq ehtimalı mövcuddur” – deyilir bəyanatda.

Şərh yaz