ABŞ Səfirliyi - Rusiyaya müraciət edirik ki, öz silahlı qüvvələrini müharibədən öncəki pozisiyaya gətirsin
ABŞ Səfirliyi - Rusiyaya müraciət edirik ki, öz silahlı qüvvələrini müharibədən öncəki pozisiyaya gətirsin

Rusiyaya müraciət edirik ki, öz silahlı qüvvələrini müharibədən öncəki pozisiyaya gətirsin, – bu barədə ABŞ-ın Gürcüstandaki Səfirliyi tərəfindən 2008-ci ilin avqust müharibəsinin 10 illiyi ilə bağlı verilən bəyanatda deyilir.

ABŞ Səfirliyində bəyan edirlər ki, Rusiyanın Gürcüstana hücumu o zaman başladı, nə vaxt ki, Rusiya başqa bir dövlətin ərazisinə qeyri-qanuni şəkildə daxil oldu və onun beynəlxalq qanunla təsdiqlənən sərhədlərini güclə dəyişdirdi.

“Rusiya həmçinin, Abxaziyanın son hissəsini də zəbt etdi, hansına ki, o vaxta qədər Gürcüstan nəzarət edirdi.

Rusiya bugünə qədər Gürcüstan ərazilərini zəbt edir.

Biz yenə bir dəfə Rusiyaya müraciət edirik ki, Gürcüstan ərazilərindən öz silahlı qüvvələrini çıxardsın” – deyilir səfirliyin bəyanatında.