ABŞ Səfirliyi - Gürcüstanın iqtidar partiyası və müxalifət arasında siyasi dialoqun tərəfdatıyıq
ABŞ Səfirliyi - Gürcüstanın iqtidar partiyası və müxalifət arasında siyasi dialoqun tərəfdatıyıq

ABŞ-ın Gürcüstandaki Səfirliyi bəyanat yayır, hansında qeyd olunur ki, “səfirlik Gürcüstan iqtidarı və müxalifət arasında, gürcü xalqı üçün ən xeyirli olan seçki sistemi ilə bağlı razılalaşmayı məqsədləndirən siyasi dialoqu dəstəkləyir”.

“ABŞ səfirliyi təəssüflənir ki, müxalifət liderinə qarşı verilən həbs qərarı və azadlıqdan məhkum edilmə vaxtı və konteksti, siyasi dialoqu risk altına atır.

Dialoqun müvəffəqiyyətli şəkildə davam etməsi üçün şəffaf məhkəmə sistemi və siyasi təzyiqdən azad bir mühit lazımdır.

Tərəflərə müraciət edirik ki, inkişafa sadiq qalsınlar və azad və ədalətli seçkilərin keçirilməsi üçün gərəkən şərait yaratsınlar” – deyilir səfirliyin bəyanatında.