ABŞ Rusiyaya qarşı yeni sanksiyaları bu gün bəyan edəcək
ABŞ Rusiyaya qarşı yeni sanksiyaları bu gün bəyan edəcək

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyaları aprelin 16-da bəyan edəcək, – Bu barədə məlumatı CBS News Niki Heyliyə istinad edərək yayır.

“Rusiyaya qarşı yeni sanksiyalar sabah bəyan ediləcək”, – Niki Heyli CBS-nin efirində bəyan etdi.

Onun dediyinə görə, sanksiyalar Əsədə texnologiyaları çatdıran müəssisələrə aid olacaq.

Buna qədər “Komersant” qəzeti məlumat yaydı ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tədbiq olunmasını planlaşdırır.