ABŞ Nümayəndələr Palatası Gürcüstanı dəstəkləyən akt qəbul etdi
ABŞ Nümayəndələr Palatası Gürcüstanı dəstəkləyən akt qəbul etdi

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası Gürcüstanı dəstəkləyən akt qəbul etdi. Sənəddə deyilir ki, ABŞ Gürcüstanda demokratik dəyərlərin inkişafının dəstəklənməsini davam etdirir.

“ABŞ Gürcüstanda azad və ədalətli seçkiləri, qanunun aliliyini və korrupsiyaya qarşı mübarizə səylərini dəstəkləyir”, – qətnamədə deyilir.

Eyni zamanda sənəddə ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı dəstəyi xüsusi ilə qeyd olunub.

Gürcüstanı dəstəkləyən sənəddə Gürcüstanın Avropa və Avroatlantik strukturlarına inteqrasiyanın dəstəyi də qeyd olunub.

Sənədin müəllifləri qeyd edilər ki, ABŞ Gürcüstanda münaqişənin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir və Rusiyanı 2008-ci il avqustun 12-də atəşkəs barisində razılaşmanın yerinə yetirilməsinə çağırır.

Onlar həmçinin bəyan edirlər ki, ABŞ və Gürcüstan arasında ikitərəfli azad ticarət razılaşması barəsində danışıqlarda tərəqqiyə nail olunub.

Akt Gürcüstan ilə dostluq qrupunun sədrləri, Ceri Konoli və Adam Kinzinqer tərəfindən təhrik olunub.