ABŞ Konqresi Rusiya hərbi sənayesinə qarşı yeni sanksiyaların tədbiq edilməsini planlaşdırır
ABŞ Konqresi Rusiya hərbi sənayesinə qarşı yeni sanksiyaların tədbiq edilməsini planlaşdırır

ABŞ Nümayəndələr Palatasının üzvləri, silah istehsal edən rus şirkətlərinin partnyor ölkələrinin hökumət üzvlərinin və fərdi şəxslərin cəzalandırılmasını tələb edirlər. Düzəliş ABŞ-ın 2019-cu ilin müdafiə büdcəsi layihəsində göstərilib.

Layihənin müəllifləri hesab edirlər ki, prezidentin, Rusiya hərbi sənayesini dəstəkləyən şəxslərə qarşı sanksiyaların tədbiq edilməsi səlahiyyəti olmalıdır.

Bundan başqa, məhdudiyyətlərin, Rusiyada istehsal olunan hərbi təchizatı satın alan hökumət üzvlərinə qarşı tədbiq olunması mümkündür. Qeyd olunan təşəbbüsü Konqres müzakirə etməlidir.