ABŞ, Cənubi Koreya və Yaponiya iki günlük raketə qarşı təlimlərə başladılar
ABŞ, Cənubi Koreya və Yaponiya iki günlük raketə qarşı təlimlərə başladılar

ABŞ, Cənubi Koreya və Yaponiya iki günlük raketə qarşı təlimlərə başladılar

Hərbi manevrlərdə üç ölkənin beş gəmisi iştirak edir. Təlimlərin gedişi zamanı, müttəfiq ölkələrin hərbi-dəniz qüvvələri potensial ballistik raketinin aşkar edilməsi və onun neytrallaşdırılması üzrə məşq edəcəklər.

Hərbi təlimlərə Yaponiya ev sahibliyi edir və onun məqsədi, Şimali Koreyanın təhlükəsinə qarçı ittifaqın imkanlarının artırılması və birgə hərəkətlərin koordinasiyasının yüksəldilməsidir.

Yayılan məlumata görə, Şimali koreyanın yaxın gələcəkdə, ballistik raketinin gəmidən buraxması mümkündür.