ABŞ İranın nüvə razılaşmasından çıxır
ABŞ İranın nüvə razılaşmasından çıxır

ABŞ İranın nüvə razılaşmasından çıxır, – bu barədə bəyanatı ABŞ prezidenti Donald Tramp bir neçə  dəqiqə bundan öncə keçirdiyi fövqəladə brifinqdə verdi.

“Razılaşmadan çıxırıq, ancaq müttəfiqlərimizlə əməkdaşlıq edəcəyik və hərşeyi əhatə edən bir çıxış yolunu tapacağıq. Əgər İran nüvə proqramını davam etdirsə, onun hər zaman olduğundan daha böyük problemləri olacaq” – dedi Tramp.

İran və beynəlxalq altılıq (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) arasındaki nüvə razılaşması 2015-ci ildə imzalandı.

Razılaşma, İran tərəfindən nüvə proqramının dayandırıldığı təqdirdə, mərhələ şəklində İrana qoyulan sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu.

Qeyd olunan razılaşmayı Donald Tramp tarixin ən pis razılaşması adlandırdı.