ABŞ-ın nümayəndələr palatası Donald Trampa qarşı impiçment çərçivəsində irəli sürülən ittihamları təsdiqlədi
ABŞ-ın nümayəndələr palatası Donald Trampa qarşı impiçment çərçivəsində irəli sürülən ittihamları təsdiqlədi

ABŞ-ın nümayəndələr palatası Donald Trampa qarşı impiçment çərçivəsində irəli sürülən ittihamları təsdiqlədi.

ABŞ prezidenti vəzifəsindən suistifadə etməklə və Konqresin işinə mane olmaqla ittiham edilir.

Hər iki ittihamı nümayəndələr palatası ayrı-ayrı səs verməyə çıxartdı. Səs verməyə qədər isə, Konqresin aşağı palatasında 12 saatlıq kəskin debatlar aparıldı.

İttihamları 230 konqresmen dəstəklədi, 197-si isə, səs verməkdən baş qaçırtdı.

Konqresin işinə mane olmaqla bağlı ittihamı isə, nümayəndələr palatasının 229 üzvü dəstəklədi.

ABŞ prezidenti ittihamları rədd edir və ona qarşı başladılan prosesi siyasi hesablaşma adlandırır.

Beləliklə, Bil Klinton və Endryu Consondan sonra, Tramp üçüncü prezidentdir, hansına qarşı impiçment proseduru aparılır.

Donald Trampın vəzifəsində qalması ilə bağlı qərarı isə, Senat verməlidir, harda Trampın həmpartiyalıları əksəriyyətdədir.

İmpiçment proseduru yanvar ayında başlayacaq.

Şərh yaz