ABŞ-ın Gürcüstandaki Səfirliyi - Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı rəsmi ittihamın sürülməsinin konteksti və zamanlamasına görə narahatlığımızı bildiririk
ABŞ-ın Gürcüstandaki Səfirliyi - Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı rəsmi ittihamın sürülməsinin konteksti və zamanlamasına görə narahatlığımızı bildiririk

Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki Səfirliyi TBC Bankın təsisçiləri olan Mamuka Xazaradze və Badri Caparidze ilə bağlı bəyanat yayır.

Bəyanatda deyilir ki, səfirlik Gürcüstanın baş prokurorluğu tərəfindən TBC Bankın təsisçilərinə qarşı apardığı proseslərə diqqət edir.

“Biz TBC Bankın təsisçilərinə qarşı irəli sürülən rəsmi ittihamın konteksti və onun zamanlaması ilə bağlı narahatlığımızı bildiririk.

Siyasətdən azad olan müstəqil və ədalətli məhkəmə sisteminin Gürcüstanın qərb inteqrasiyası və ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün həyati əhəmiyyəti var.

Biz yenə də Anaklia layihəsini dəstəkləyirik, hansı ki, Gürcüstanda Amerikan investisiyalarının önəmli mənbəsidir və gələcəkdə ölkənin iqtisadi artımı üçün əlverişli şəraitlər yaradacaq” – deyilir bəyanatda.

Şərh yaz