ABŞ-ın ATƏT-dəki səfiri - ABŞ inzibati sərhəd xəttinin yanında Rusiya qüvvələrinin gücləndirilməsinə diqqət edir və Gürcüstanın ərazi bütövlüyünün pozulması faktlarını qeydə alır
ABŞ-ın ATƏT-dəki səfiri - ABŞ inzibati sərhəd xəttinin yanında Rusiya qüvvələrinin gücləndirilməsinə diqqət edir və Gürcüstanın ərazi bütövlüyünün pozulması faktlarını qeydə alır

Amerika Birləşmiş Ştatları Rusiyaya müraciət edir ki, Gürcüstan ərazisindən əsgərlərini çıxardsın.

Bu barədə bəyanatı ABŞ-ın ATƏT-dəki səfiri Ceims Gilmor Viyanada, ATƏT şurasının iclasında çıxış edərkən verdi.

Ceims Gilmorun dediyinə görə, ABŞ Gürcüstan ərazisində, işğal xəttində, Rusiya tərəfindən sünii baryerlərin qoyulması prosesinin davam etməsi haqqında yayılan məlumatla bağlı böyük narahatçılığını bildirir.

Öz çıxışında Gilmor bəyan etdi ki, ABŞ Rusiyayı Gürcüstan ərazisində sünii baryerlərin qoyulması prosesini dayandırmağa çağırır.

“Gürcüstanın ərazi bütövlüyünə hörmət etmək, bu baryerlərin aradan qaldırılmasını nəzərdə tutur. ABŞ hər iki tərəfə müraciət edir ki, vəziyyətin eskalyasiyasından baş qaçırdsınlar”- dedi Ceims Gilmor.