ABŞ-ın ATƏT-dəki missiyası həkim Vaja Qaprindaşvilinin dərhal azad edilməsini tələb edir
ABŞ-ın ATƏT-dəki missiyası həkim Vaja Qaprindaşvilinin dərhal azad edilməsini tələb edir

ABŞ-ın ATƏT-dəki missiyası gürcü həkimi Vaja Qaprindaşvilinin, Sxinvalinin işğalçı qüvvələri tərəfindən həbs edilməsi faktına səslənir və onun dərhal azadlığa buraxılmasını tələb edir.

“Amerika Birləşmiş Ştatları Gürcüstanın Ortopedlər və Travmatoloqlar Asosiasiyasının prezidenti Vaja Qaprindaşvilinin, Sxinvalinin de-fakto iqtidarı tərəfindən həbs edilməsi və iki aylıq ilkin həbs cəzasının verilməsi faktını qınayır və onun dərhal azad edilməsini tələb edir.

Bununla yanaşı, biz inzibati sərhədin yanındaki keçid məntəqələrinin açılmasını tələb edirik və Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini hər zamanki kimi dəstəkləyirik.

Rusiayaya müraciət edirik ki, 2008-ci ildə, atəşkəs razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, öz əsgərlərini Gürcüstan ərazisindən çıxardsın və əraziyə humanitar yardımın daxil edilməsinə imkan versin.

Həmçinin, tələb edirik ki, Rusiya Gürcüstanın işğal edilmiş regionlarının müstəqil dövlətlər olaraq, tanınmasını geri çəksin” – deyilir missiyanın bəyanatında.