ABŞ Gürcüstan hökumətinin sülh təşəbbüsünü alqışlayır
ABŞ Gürcüstan hökumətinin sülh təşəbbüsünü alqışlayır

Amerika Birləşmiş Ştatları Gürcüstan hökumətinin “daha yaxşı gələcəyə doğru addım”  – sülh təşəbbüsünü alqışlayır.

Hökumətin iclasında baş nazir, Giorgi Kvirikaşvilinin təqdim etdiyi təşəbbüsə Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki səfiri bəyanat ilə əks səda verdi.

“ABŞ Gürcüstanın təkliflər zərfini alqışlayır. Bu tədbirlər inzibati sərhədin hər iki tərəfindən ən aciz əhalinin tələbatına yönəldilib və səfərbərlik imkanlarının artırılmasını, həyat mənbələrinin yaxşılaşdırılmasını və təhsilə əlyetərliliyini təmin edir.

Gürcüstanın dialoq və münaqişənin sülh yolu ilə həlli öhdəliyini alqışlayırıq.

ABŞ Gürcüstanın suverenlik və ərazi bütövlüyünə qarşı dəstəyini bir daha təsdiq edir”, – Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki səfirliyinin veb səhifəsində dərc olunan bəyanatda deyilir.