ABŞ Dövlət Katibinin yardımçısı vəzifəsinin icraçısı Filip Riker sentyabrın 7-də Gürcüstana gəlir
ABŞ Dövlət Katibinin yardımçısı vəzifəsinin icraçısı Filip Riker sentyabrın 7-də Gürcüstana gəlir

ABŞ Dövlət Katibinin yardımçısı vəzifəsinin icraçısı Filip Riker sentyabrın 7-10-da Gürcüstana gəlir.

ABŞ Dövlət Departamentinin məlumatına görə, sentyabrın 6-da səfir Riker Münxendə, ABŞ Konsulluğunun əməkdaşları ilə görüşəcək, daha sonra isə, Gürcüstana gələcək.

Filip Riker Tbilisidə beynəlxalq konfransda iştirak edəcək və təhlükəsizlik ekspertləri, siyasətçilər, vətəndaş ictimaiyyəti aktivistləri və biznesmenlərlə bərabər, Gürcüstanın demokratik tərəqqisinə təsir verən məsələlər və transatlantik kursu haqqında müzakirələr aparacaq.