ABŞ Dövlət Departamenti - terrorçular Şri-Lankaya yenə də hücum planlaşdırırlar
ABŞ Dövlət Departamenti - terrorçular Şri-Lankaya yenə də hücum planlaşdırırlar

ABŞ Dövlət Departamenti bəyan edir ki, terrorçular Şri-Lankaya yenə də hücum planlaşdırırlar. Bu barədə bəyanat ABŞ Xarici İşlər Nazirliyinin vebsəhifəsində dərc olundu.

“Terrorçular hücumun hazırlanmasını davam etdirirlər. Onların hədəfinin turust yerlərinin, yerli hakimiyyət binalarının, mağazaların, mehmanxanaların, klubların, restoranların, ibadət yerlərinin və parkların olması mümkündür”, – bəyanatda deyilir.

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını sayaq olmalarına doğru çağırır.

Şri-Lankada aprelin 21-də terror aktı zamanı həlak olanların sayı 290-a çatdı. 500-ə qədər xəsarət alan var.