ABŞ Dövlət Departamenti Rusiyayı 2008-ci ilin atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsinə çağırır
ABŞ Dövlət Departamenti Rusiyayı 2008-ci ilin atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsinə çağırır

ABŞ Rusiyaya müraciət edir ki, Gürcüstanın işğal edilmiş ərazilərindən öz silahlı qüvvələrini çıxardsın, – bu barədə bəyanatı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bugünki brifinqdə verdi.

“Bizim mövqeyimiz Abxaziya və “Cənubi Osetiya” regionlarının işğalı ilə bağlı dəyişməzdir. Bu ərazilər Gürcüstanın hissəsidir və Rusiya orada olmamalıdır. ABŞ Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə davam edir. Bu siyasət heç bir zaman dəyişməyəcək. ABŞ Rusiyaya müraciət edir ki, öz silahlı qüvvələrini Gürcüstan ərazisindən çıxardsın və 2008-ci ildəki hücumdan öncəki vəziyyətə qaytarsın” – dedi Hizer Nauert.

Jurnalistin Gürcüstanın NATO-ya götürülüb-götürülməyəcəyi ilə bağlı suala isə, Hizer Nauert cavab verdi ki, NATO-nun Buxarest sammitində qərar verildi ki, Gürcüstan alyansın üzvü olacaq.