ABŞ Dövlət Departamenti - Rusiyaya yenə bir daha müraciət edirik, Gürcüstan ərazilərinin qeyri-qanuni işğalını dayandırsın
ABŞ Dövlət Departamenti - Rusiyaya yenə bir daha müraciət edirik, Gürcüstan ərazilərinin qeyri-qanuni işğalını dayandırsın

ABŞ Rusiyaya yenə bir daha müraciət edir ki, Gürcüstan ərazilərinin qeyri-qanuni işğalını dayandırsın.

Bu barədə bəyanatı ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus öz “Tvitter” hesabından verib.

“Rusiyaya yenə bir daha müraciət edirik, Gürcüstan ərazilərinin qeyri-qanuni işğalını dayandırsın və 2008-ci ilin atəşkəs razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Son on ildir öz xain və qeyri-leqal hərəkətləri ilə, Rusiya regiondaki sabitliyi pozmağa davam edir”, – yazır ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus öz “Tvitter” hesabında.