ABŞ Dövlət Departamenti - Gürcüstan iqtidarının terorist təşəbbüslərini aşkarlamaq və onlara cavab reaksiya vermək qabiliyyəti var
ABŞ Dövlət Departamenti - Gürcüstan iqtidarının terorist təşəbbüslərini aşkarlamaq və onlara cavab reaksiya vermək qabiliyyəti var

Gürcüstan iqtidarının terorist təşəbbüslərini aşkar etmək və onlara cavab reaksiya vermək qabiliyyəti var, – bu barədə ABŞ Dövlət Departamentinin hər illik hesabatında deyilir, hansında dünyanın müxtəlif ölkələri tərəfindən terorizmlə mübarizə üçün atılan addımlar dəyərləndirilir.

Hesabatın müəlliflərinin dediyinə görə, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terorist təhlükələrinə qarşıdurmaq məsələsində öndər pozisiyadadır.

Hesabatda vurğulanır ki, Gürcüstan 2017-ci ildə, Azərbaycan və Türkiyə ilə sərhədlərinin beş sektorunda infrastrukturunu yeniləşdirməyi bacardı. Həmçinin, Risklərin və Təhlükələrin Dəyərləndirilmə qrupu yaradıldı hansı ki, Avropa İttifaqında qüvvədə olan model ilə çalışır.

Dövlət Departamentinin hesabatına, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci ilin noyabr ayında, Tbilisidə həyata keçirilən kontr-terorist əməliyyatı da daxil edib, hansında yaşayış binasında gizlənən dörd terorist həbs edildi.

Hesabata əsasən, 2017-ci ildə, Gürcüstanda terorizmin maliyyələşdirilməsi ilə bağlı cinayət işini xarici ölkə vətəndaşına qarşı qaldırılıb. Qeyd olunan şəxs yerli kiçik bank açmaq istəyirdi, ancaq istintaq nəticəsində məlum oldu ki, onun Suriyədə qeydiyyatdan keçən hüquqi şəxslərlə əlaqəsi var idi.

Sənəddə deyilir ki, 2016-cı ildən 2017-ci ilə qədər Gürcüstanda, terorizmin maliyyələşdirilməsi ilə bağlı üç hal aşkarlandı. Hər üçünün istintaqı davam edir.