ABŞ Dövlət Departamenti Arçil Tatunaşvilinin vəfat etməsi barəsində narahatlığını bildirir
ABŞ Dövlət Departamenti Arçil Tatunaşvilinin vəfat etməsi barəsində narahatlığını bildirir

Amerika Birləşmiş Ştatları Gürcüstan vətəndaşı, Arçil Tatunaşvilinin Rusiya tərəfindən işğal olunmuş “Cənubi Ostetiya” ərazisində vəfat etməsi ilə bağlı narahatlığını bildirir.

Nauert Dövlət Departamenti vəfat edənin ailəsinə başsağlığı verdi.

Eyni zamanda, Nauertsin dediyinə görə, ABŞ Gürcüstan vətəndaşları, Levan Kutaşvili və Yoseb Pavliaşvilinin yaxalanmasına görə narahtdır.

“Onlara azad şəkildə hərəkət etmə imkanının verilməsinin tələb edirik”, – Nauerts bəyan etdi.

Elə onun dediyinə görə, ABŞ Dövlət Departamenti baş verən faicəvi insidentin tam müəyyənləşdirilməsini tələb edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, 2018-ci il, fevralın 28-də Rusiya işğal rejimi Axalqoridə 3 Gürcüstan vətəndaşını – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Tatunaşvilini qeyri-qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda Sxinvali xəstəxanasında vəfat etdi. Levan Kutaşvili və Yoseb Tatunaşvilini üzdəniraq Sxinvali xəstəxanasəndan azad etdilər, lakin onlar yenə işğal olunmuş ərazidə qalmaqdadırlar. Hələ yenə də vəfat edənin cəsədi ailəsinə verilməyib.