ABŞ Dövlət Departamenti - ABŞ Cənubi Qafqazda təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir
ABŞ Dövlət Departamenti - ABŞ Cənubi Qafqazda təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir

Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir”, –  bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Preys Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının bir illiyi ilə bağlı yaydığı bəyanatda deyib.

Ned Preysin bəyanatına görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır.

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi və nəticədə həll olunmamış problemlərin hərtərəfli həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, əlaqələrini davam etdirməyə və gücləndirməyə çağırır.

ABŞ tərəfləri bütün məhbusları geri qaytarmağa, itkin düşənləri tam qeydiyyata almağa, məcburi köçkünləri könüllü olaraq evlərinə qaytarmağa, rayonları minalardan təmizləməyə və humanitar təşkilatlara icazə verməyə çağırır. Bundan əlavə, Dövlət Departamenti insan haqları və beynəlxalq humanitar hüququn iddia edilən pozuntularını araşdırmağa çağırır.