ABŞ-da son bir gün ərzində virusa yoluxan 73 014 insanın hospitallaşdırlması baş verdi, bu isə, rekord göstəricidir
ABŞ-da son bir gün ərzində virusa yoluxan 73 014 insanın hospitallaşdırlması baş verdi, bu isə, rekord göstəricidir

ABŞ-da son bir gün ərzində virusa yoluxan 73 014 insanın hospitallaşdırlması baş verdi. Məlumatı “CNN” yayır.

Nəşrin məlumatına görə, bu, pandemiyanın yayılmasından bu günə qədər hospitallaşdırılmanın ən yüksək göstəricisidir.

Amerika mediasının məlumatına görə, ölkədə son bir həftə ərzində koronavirusun bir milyona qədər halı aşkar edildi. Havaydan başqa, bütün ştatlarda virusun hərgünlük göstəricisi artdı.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında virusa yoluxmanın 10 milyondan artıq halı qeydə alınıb, 247 mindən artıq insan vəfat edib.