ABŞ-da son bir gün ərzində koronavirusun 46 156 yeni halı aşkar edildi, 976 insan vəfat etdi
ABŞ-da son bir gün ərzində koronavirusun 46 156 yeni halı aşkar edildi, 976 insan vəfat etdi

Amerika Birləşmiş Ştatlarında son bir gün ərzində koronavirusun 46 156 yeni halı aşkar edildi.

Müvafiq məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son 24 saat ərzində virus nəticəsində 976 insan vəfat etdi.

Amerika Birləşmiş Ştatlarında koronavirusun 5 913 941 halı qeydə alınıb. 181 800 insan vəfat edib.