ABŞ-da son bir gün ərzində koronavirusun 31 056 yeni halı aşkar edildi, 340 insan vəfat etdi
ABŞ-da son bir gün ərzində koronavirusun 31 056 yeni halı aşkar edildi, 340 insan vəfat etdi

Amerika Birləşmiş Ştatlarında son bir gün ərzində koronavirusun 31 056 yeni halı aşkar edildi.

Müvafiq məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son 24 saat ərzində virus nəticəsində 340 insan vəfat etdi.

Amerika Birləşmiş Ştatlarında koronavirusun 6 milyon 550 mindən artıq halı qeydə alınıb. 194 441 insan vəfat edib.

ABŞ, koronavirusa yoluxma və ölüm halları ilə dünyada birinci yerdədir.