ABŞ-da son 24 saat ərzində koronavirusun 195 mindən artıq halı aşkar edildi
ABŞ-da son 24 saat ərzində koronavirusun 195 mindən artıq halı aşkar edildi

ABŞ-da son 24 saat ərzində koronavirus 195 mindən artıq insanda təsdiq olundu.

Məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Ölkə üçün bu rekord göstəricidir.

Son bir gün ərzində ABŞ-da virusdan 1 878 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 11 910 858 halı qeydə alınıb, 254 413 insan vəfat edib.

Şərh yaz