ABŞ-da son 24 saat ərzində koronavirus 187 mindən artıq insanda təsdiq olundu
ABŞ-da son 24 saat ərzində koronavirus 187 mindən artıq insanda təsdiq olundu

ABŞ-da son 24 saat ərzində koronavirus 187 mindən artıq insanda təsdiq olundu. Məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Ölkə üçün bu rekord göstəricidir.

Son bir gün ərzində ABŞ-da virusdan 21 015 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 11 715 316 halı qeydə alınıb, 252 535 insan vəfat edib.