ABŞ-da koronavirusun 55 mindən artıq yeni halı aşkar edildi, 470 insan vəfat etdi
ABŞ-da koronavirusun 55 mindən artıq yeni halı aşkar edildi, 470 insan vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 55 mindən artıq yeni halı aşkar edildi. Con Hopkins Universitetinin göstəricilərinə əsasən, ölkədə virusa yoluxmanın 4 344 923 halı aşkar edilib, 146 935 insan vəfat edib.

Son 24 saat ərzində ölkədə koronavirusdan 470 pasiyent vəfat etdi. Pandemiyanın yayılması və letal hallarının sayı ilə ABŞ dünyada birinci yerdədir.