ABŞ-da koronavirusun 50 292 yeni halı aşkar edildi, 950 pasiyent vəfat etdi
ABŞ-da koronavirusun 50 292 yeni halı aşkar edildi, 950 pasiyent vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 50 292 halı qeydə alındı. Məlumatı “CNN” şirkəti Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 950 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 27 690 574 halı qeydə alınıb, 486 286 insan vəfat edib.

Koronavirusun yayılması və virus nəticəsində vəfat edənlərin göstəricilərilə ABŞ dünyada birinci yerdədir.