ABŞ-da koronavirusun 198 218 yeni halı aşkar edildi, 3 286 pasiyent vəfat etdi
ABŞ-da koronavirusun 198 218 yeni halı aşkar edildi, 3 286 pasiyent vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 198 218 halı qeydə alındı. Məlumatı “CNN” teleşirkəti Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 3 286 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 23 754 315 halı qeydə alınıb, 395 851 insan vəfat edib.

Koronavirusun yayılması və virus nəticəsində vəfat edənlərin göstəricilərilə ABŞ dünyada birinci yerdədir.

ABŞ Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinin göstəricilərinə görə, ölkədə 31 161 075 vaksin dozası bölüşdürüldü, buradan 12 milyon doza artıq edildi.