ABŞ-da koronavirusun 136 252 yeni halı aşkar edildi, 2 640 pasiyent vəfat etdi
ABŞ-da koronavirusun 136 252 yeni halı aşkar edildi, 2 640 pasiyent vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 136 252 halı qeydə alındı. Məlumatı “CNN” teleşirkəti Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 2 640 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 25 milyondan artıq halı qeydə alınıb, 439 439 insan vəfat edib.

Koronavirusun yayılması və virus nəticəsində vəfat edənlərin göstəricilərilə ABŞ dünyada birinci yerdədir.

Şərh yaz