ABŞ-da koronavirusun 130 759 yeni halı aşkar edildi, 1 881 pasiyent vəfat etdi
ABŞ-da koronavirusun 130 759 yeni halı aşkar edildi, 1 881 pasiyent vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 130 759 halı qeydə alındı. Məlumatı “CNN” teleşirkəti Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 1 881 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 26 317 000-dən artıq halı qeydə alınıb, 443 355 insan vəfat edib.

Koronavirusun yayılması və virus nəticəsində vəfat edənlərin göstəricilərilə ABŞ dünyada birinci yerdədir.