ABŞ-da koronavirusun 102 420 yeni halı aşkar edildi, 2 618 pasiyent vəfat etdi
ABŞ-da koronavirusun 102 420 yeni halı aşkar edildi, 2 618 pasiyent vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 102 420 halı qeydə alındı. Məlumatı “CNN” şirkəti Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 2 6181 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 26 916 192 halı qeydə alınıb, 462 173 insan vəfat edib.

Koronavirusun yayılması və virus nəticəsində vəfat edənlərin göstəricilərilə ABŞ dünyada birinci yerdədir.