Abxaziya mediasının məlumatına görə, Aslan Bjaniya və Raul Xacimba arasında danışıqlar aparılır
Abxaziya mediasının məlumatına görə, Aslan Bjaniya və Raul Xacimba arasında danışıqlar aparılır

İşğal olunmuş Suxumidə müxalifətçi Aslan Bjaniya və Raul Xacimba arasında danışıqlar aparılır. Bu barədə məlumatı “Apsadqil info” abxaz nəşri yayır.

Elə həmin məlumata görə, görüş Rusiya Təhlükəsizlik Xidmətinin rəisi müavini, Raşid Nurqaliyevin vasitəçiliyi ilə keçirilir.

Görüşə qədər isə, Abxaziya mediasının yazdığına görə, Aslan Bjaniya bəyan etdi ki, Xacimba ilə görüşün bu gün baş tutması mümkün idi.

Bu gün məlum oldu ki, işğal olunmuş Abxaziyada təkrar üzdəniraq prezident seçkiləri martın 22-də keçiriləcək.