Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını viza rejiminin ləğv olunması prossesinin sürətləndirilməsinə çağırır
Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını viza rejiminin ləğv olunması prossesinin sürətləndirilməsinə çağırır

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını viza rejiminin ləğv olunması prossesinin sürətləndirilməsinə çağırır. Bu barədə Ərdoğan Varnada təşkil olunan Türkiyə-Avropa İttifaqı sammitinin başa çatmasından sonra keçirilən mətbuat konfrasında bəyan etdi.

Onun dediyinə görə, vizaliberallaşdırma işləri başa çatmalıdır ki, Türkiyə vətəndaşları Avropa İttifaqına qarşı etimadını itirməsinlər.

“Avropa İttifaqında gözlədiyimiz daha bir məsələ, Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasıdır. Fevralın əvvəlində Avropa İttifaqına yazılı şəkildə müraciət etdik və bu məsələ ilə bağlı işlərin tezliklə başa çatdırılmasını tələb etdik. Avropa İttifaqı bu prossesin başa çatdırlması üçün lazımi addımları bu vaxta qədər atmayıb. Ümid edirəm, bu baxımdan işlər sürətləndiriliəcək. Bu Türkiyə və Avropa İttifaqı arasında həll olunmayan məsələ kimi qalmamalıdır ki, Türkiyə vətəndaşları Avropa İttifaqına qarşı etimadını itirməsinlər”, – Türkiyə prezidenti bəyan etdi.

Ərdoğan Brüsseli Türkiyənin Avropa İttifaqına üzv olması porssesində tərəqqiyə doğru çağırdı.

“Üzv olmaqla bağlı prossesi Türkiyə 1963-cü ildən başladı. Artıq 2018-ci ildir. Lakin biz yenədə üzv olmağın namizədiyik. Biz bu məqsədə nail olmaq üçün sürətli tərəqqini istəyərdik”, – Türkiyə lideri qeyd etdi.