2020 Uşaq Avroviziyası finalı bu gün keçiriləcək - birbaşa translasiya Gürcüstanın Birinci Kanalında saat 20:00-da başlayacaq

Birinci Kanalın tamaşaçısı bu gün, saat 200:00-da 2020-ci il Uşaq Avroviziyası miqyaslı şousunu birbaşa efirdə izləyəcək. Gürcüstanın adı ilə, Sandra Qodeliya təqdim olunacaq.

Sandra Qadeliyanın mahnısı üzərində bəstəkar, Qiqa Kuxianidze işlədi. Mahnının sözləri isə, Temo Sacaiyaya məxsusdur. Mahnının adı “You are not alone”-dur (sən yalnız deyilsən).

Uşaq Avroviziyası müsabiqəsində səsvermə veb-səhifəsində mümkündür. Səsvermə onlayn rejimdə, dünyanın istənilən nöqtəsindən mümkündür. Videonu izlədikdən sonra, üç favoritə, o cümlədən Gürcüstana səs verə bilərsən. Səsvermə bu gün, noyabrın 29-da, saat 20:00-da dayandırəıacaq. Bu gün isə, birbaşa efir zamanı, bütün mahnılar ifa edildikdən sonra 15 dəqiqəliyinə səs verə bilərsiniz.

Gürcüstan adından müsabiqə xallarını “Ranina”-nın iştirakçılarından biri, Marita Xvedelidze bəyan edəcək.

Avroviziya Uşaq Mahnı Müsabiqəsinin birbaşa translasiyasını ənənəvi olaraq Gürcüstanın Birinci Kanalı təqdim edəcək.