2020-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalında Gürcüstan nümayəndəsi, Sandra Qadeliya yeddinci nömrə ilə təqdim olunacaq
2020-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalında Gürcüstan nümayəndəsi, Sandra Qadeliya yeddinci nömrə ilə təqdim olunacaq

2020-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalında iştirak edən iştirakçıların çıxış sıra nömrələri məlum oldu. Gürcüstan nümayəndəsi, Sandra Qadeliya 29 noyabrda, yeddinci nömrə ilə təqdim olunacaq. Müsabiqənin finalını Almaniyalı iştirakçı açacaq.

Məlum olduğu kimi, Uşaq Avroviziya Mahnı Müsabiqəsi bu il qarışıqlı formatda, layv və lentə alınmış rejimdə keçiriləcək. İştirakçıların müsabiqə lent yazılarını ölkələr artıq göndəriblər.

Uşaq Avroviziya Mahnı Müsabiqəsinın finalının birbaşa translasiyası Gürcüstanın Birinci Kanalında 29 noyabrda, saat 20:00-da başalayacaq.