2020-ci ildə milli imtahanlar yeni model ilə keçiriləcək - dörd məcburi imtahan əvəzinə, abituriyentlər üç imtahan verəcəklər
2020-ci ildə milli imtahanlar yeni model ilə keçiriləcək - dörd məcburi imtahan əvəzinə, abituriyentlər üç imtahan verəcəklər

Təhsilin kompleks islahatı çərçivəsində, 2020-ci ildə abituriyentlər Vahid Milli İmtahanlarını yeni model ilə verəcəklər.

Yeni model ilə bağlı bu gün mətbuat konfransını Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili və Milli İmtahanlar Mərkəzinin rəhbəri Sopo Qorqadze keçirirlər.

Nazirliyin açıqlamasına görə, yeni model imtahanlar sayının dörd məcburidən üç imtahana qədər azaldılmasını nəzərdə tutur.

Yeni model ilə, abituriyentlər üç məcburi imtahanını gürcü dili və ədəbiyyatından; xarici dildən verəcəklər. Üçüncü imtahan proqramdan asılı olacaq.

Həmçinin ali məktəblər, arzu olunduğu təqdirdə, dördüncü imtahanı qarşıdakı fənnlərdən təyin edəcəklər: biologiya, kimya, fizika, ümumi bacarıqlar, coğrafiya, ədəbiyyat, təsviri və tətbiqi sənətlər, mülki təhsil.

Bundan başqa, Nazirliyin məlumatına görə, azərbaycan və erməni dilli abiturientlərin qəbul olunması köhnə formatla davam edəcək.